5 yaşa qədər uşaqlara COVİD-19 peyvəndi vurulacaq

SAĞLAMLIQ
15:47 20.06.2022
333
ABŞ-da 5 yaşa qədər uşaqlara COVİD-19 peyvəndi vurulacaq. 
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Moderna”nın iki doza peyvəndi 6 aylıqdan 5 yaşa qədər olan uşaqları, "Pfizer”in üç dozalı peyvəndi isə 6 aydan 4 yaşa qədər olan uşaqları əhatə edəcək.
 
Bu yaş qrupunda 20 milyon uşağın olduğu bildirilib. Peyvənd gələn həftə istifadəyə veriləcək. "Pfizer” peyvəndin iki dozasının xəstəliyin qarşısını almaqda yalnız 28 faiz, üç dozanın isə 80 faiz təsirli olduğunu bildirib.
 
"Moderna” peyvəndi 6 aydan 2 yaşa qədər uşaqlarda təxminən 51%, 2-5 yaşlı uşaqlarda isə 37% effektivdir.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR