50 yaşlı amerikalı aktyor vəfat etdi

50 yaşlı amerikalı aktyor vəfat etdi
DÜNYA
14:16 15.01.2024
167
Amerikalı aktyor Alek Massır 50 yaşında vəfat edib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, "I Wanna Be A Soap Star", "All My Children" kimi flmləri və 2010-cu ildə çəkilmiş "Growns Ups” komediya filmi ilə tanınan sənətçinin ölüm səbəbi açıqlanmayıb.

Bildirilib ki, Massır şənbə günü, yanvarın 12-də Kaliforniya ştatının Del Mar şəhərindəki evində vəfat edib. Kədərli xəbəri onun nişanlısı Peyc Press verib.

Rita Rocks və Desperate Housewives kimi seriallarda qonaq ulduz kimi də görünən Alek Massır həm də fitnes modeli olub.

Nyu-York əsilli aktyor Nyu Cersi, Konnektikut və San Dieqoda böyüyüb və San Dieqo Universitetini bitirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR