6 uşaq anası Ancelina Coli süd vəzilərini kəsdirdi - FOTOLAR

MAQAZİN
11:27 14.05.2013
10190
Dünyanın ən gözəl qadınlarından biri, Hollivud aktrisası Ancelina Coli pərəstişkarlarını qorxudub.AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, gözəl ulduz süd vəzi xərçənginə yaxalanma riskinə qarşı əməliyyat olub. Keçirdiyi əməliyyatla bağlı hər iki süd vəzini aldıran 6 uşaq anası Coli əməliyyatın səbəblərini "New York Times" üçün qələmə aldığı yazıda danışıb. Yazısında aktrisa xərçəngdən itirdiyi anası və yaşadığı çətin dövrü oxucular ilə paylaşıb.Həkimin 87 faiz süd vəzi, 50 faiz isə yumurtalıq xərçənginə tutulma riski olduğu eşidəndən sonra əməliyyat olmaq haqqında qərar verib. "Bu vəziyyəti nəzarət altında saxlamaq və riski mümkün qədər azaltmaq üçün əməliyyat oldum".Colinin əməliyyata qərar vermək və əməliyyat olmaq müddəti fevral ayından başlayıb, apreldə sona çatıb.Qeyd edək ki, aktrisanın anası da 10 il xərçənglə mübarizə aparıb. O, 56 yaşında bu xəstəlik nəticəsində vəfat edib. Bundan sonra A.Coli uzun müddət ağır depressiya vəziyyətində olub.

OXŞAR XƏBƏRLƏR