62 nəfərin öldüyü təyyarə qəzasının şok detalları

DÜNYA
10:59 14.08.2024
168
Braziliyada 62 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının təfərrüatları ölkədə etirazlara səbəb olub. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, sərnişinlərdən birinin anasına göndərdiyi mesajlar üzə çıxıb.
 
23 yaşlı Rosemeyre  Xavier mesajında təyyarənin çox köhnə olduğunu, cəmi 41 nəfərlik oturacaq olan təyyarədə 57 sərnişin olduqlarımı yazıb.
 
O, "İki saatlıq uçuşdur, yağışda enəcəyik. Təyyarə çox köhnədir, oturacaqlar sınıqdır, sakitləşmək üçün dua edirəm. Xaos!" sözlərini də yazıb. 

Qeyd edək ki, ötən həftə Braziliyanın Parana əyalətinin Kaskavel şəhərindən Quarulhos şəhərinə gedən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 57 sərnişin, 4 ekipaj üzvü ilə birlikdə  62 nəfər həyatını itirmişdi.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR