63 yaşlı şöbə müdirinin qadın tələbəni avtomobildə öldürməsinin - Təfərrüatı

63 yaşlı şöbə müdirinin qadın tələbəni avtomobildə öldürməsinin - Təfərrüatı
SOSİAL
22:14 02.09.2024
382
Ötən ilin dekabrında Abşeron rayonu ərazisində öldürülən 1994-cü il təvəllüdlü Nailə Quliyevanın (ad-soyad şərtidir) qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.

"Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, cinayətdə təqsirləndirilən 1961-ci il təvəllüdlü Sabir Məmmədov (ad-soyad şərtidir) 10 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət hadisəsi isə şəxsi münasibətlər zəminində baş verib.

Belə ki, 63 yaşlı Sabir Məmmədov Şamaxıda fəaliyyət göstərən kolleclərdən birində şöbə müdiri olub. Qətlə yetirilən Nailə isə həmin kollecin tələbəsi olub.
Təqsirləndirilən şəxsin məhkəmədə ifadəsinə görə, onların arasında münasibət olub və Nailə Quliyeva bundan sui-istifadə edib. S.Məmmədovun iddiasına görə, Nailə onu münasibətdə olarkən çəkdiyi foto ilə şantaj edib və bu, davamlı hal alıb. Təqsirləndirilən şəxs bildirib ki, o, bu şantaj nəticəsində hətta çalışdığı kollecdən də istefa vermək məcburiyyətində qalıb.

Hadisə günü isə S.Məmmədov şəxsi avtomobili ilə Abşeron rayonu ərazisində hərəkətdə olarkən Nailə onu öz maşını ilə təqib edib. Bu zaman qadın S.Məmmədovun  avtomobilinə arxadan öz maşını ilə bir neçə dəfə zərbə endirib. Daha sonra avtomobili saxlayıb Nailə Quliyevaya yaxınlaşan şöbə müdiri, çalışdığı kollecin tələbəsini boğaraq qətlə yetirib. S.Məmmədov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.
O, daha sonra polisə zəng edərək adam öldürməsi barədə məlumat verib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
20:46 19.03.2026
Özbəkistanın rəsmi UZA agentliyi: Daşkənd və Bakı regional iqtisadi əməkdaşlığın yeni modelini qurur
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
20:32 19.03.2026
Bu xətt üzrə avtobuslar yeniləndi - Kart sisteminə keçdi
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
20:23 19.03.2026
Nuranın xalq artisti ilə dueti bu səbəbdən baş tutmadı
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
20:14 19.03.2026
Azərbaycanda bu məmurların, nazirlərin maaşı artırıldı - SİYAHI - RƏQƏMLƏR
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
20:06 19.03.2026
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
20:00 19.03.2026
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
19:43 19.03.2026
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
19:40 19.03.2026
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
19:26 19.03.2026
İranda İsrailə casusluq şübhəsi ilə daha 97 nəfər saxlanılıb
ABŞ İranın 120-dən çox gəmisini məhv edib
19:09 19.03.2026
ABŞ İranın 120-dən çox gəmisini məhv edib
BƏƏ bu gün İranın 7 ballistik raket və 15 dronunu vurub
18:59 19.03.2026
BƏƏ bu gün İranın 7 ballistik raket və 15 dronunu vurub
İraq hava məkanını martın 22-dək bağlayıb
18:47 19.03.2026
İraq hava məkanını martın 22-dək bağlayıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
18:45 19.03.2026
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək
18:42 19.03.2026
Reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə veriləcək
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb
18:39 19.03.2026
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb
İsrail Ordusu Qəzzada HƏMAS-ın kəşfiyyat komandirini öldürüb
18:33 19.03.2026
İsrail Ordusu Qəzzada HƏMAS-ın kəşfiyyat komandirini öldürüb