76 yaşlı Berluskoni 27 yaşlı qızla nişanlandı

MAQAZİN
15:55 17.12.2012
2730
İtaliyanın keçmiş baş naziri, 76 yaşlı Silvio Berluskoni Françeska adlı gözəl bir qızla nişanlandığını ictimaiyyət qarşısında etiraf edib. Gün.Az-ın “Argumenti.ru”-ya istinadən verdiyi xəbərə görə, italiyalı siyasətçi özünün 27 yaşlı sevgilisi barədə özünə məxsus olan media imperiyasına daxil olan “Canale 5”-ə bazar günü verdiyi müsahibəsində söz açıb. Berluskoninin sözlərinə görə, Françeska Neapoldandır, nəinki zahiri görünüşcə, həm də qəlbən gözəldir. İtaliyanın keçmiş baş naziri etiraf edib ki, onun qızla münasibəti kifayət qədər yaxşıdır. Françeska Paskale İtaliyada yaxşı tanınır, o, vaxtilə Neapol gözəli olub. Silvio Berluskoninin yeni sevgilisi televiziyada işləyib. O, keçmiş baş nazirin müşaviridir və “Silvio, biz sənin üçün darıxırıq” siyasi hərəkatının əsasını qoyub.

OXŞAR XƏBƏRLƏR