8 yaşlı uşağın ayağı görün nə hala düşdü: "Əməliyyat olmasa..." – FOTOLAR

8 yaşlı uşağın ayağı görün nə hala düşdü: "Əməliyyat olmasa..." – FOTOLAR
SOSİAL
13:53 08.02.2017
5252

 

8 yaşlı Ehrimus Mustafayevin səhhəti günü-gündən pisləşir.

Bu barədə azyaşlının ailəsi AZXEBER.COM-a verdikləri məlumatda bildiriblər. Onların sözlərinə görə, uşaq bir neçe il topuğundakı qaralma ile müaliceye başlanıb, daha sonra qarın bölgesinde limfaları şişib. Daha sonra onun ağciyərinə su yığılıb.

"Ağciyərinə yığılan su boşaldıldı və bu mayenin Linfa mayesi olduğu aşkarlandı. Bakıda Onkoloji Merkezde uğurlu emeliyatla ağciyerine dolan linfa axarı bağlanıldı. Lakin ən böyük problem uşağın sağ ayağına axan linfa yuxarı dönüşdə tıxalıdır və damardan çölə axır. Ayaq normal ölçülərinin iki qatına qədər böyüyür. Müxtəlif müalicə yolları düşünüldü, ancaq tək çarə linfa kanalını əməliyyat edib yuxarı axarı təmin etməkdir. Minsk və Peterburqda müalicəylə bağlı getsək də, həkimlər əməliyyata götürmədilər. Hazırda İstanbulda mikrocərrahiyyə ilə bu əməliyyat mümkündür. Əməliyyatın uğurlu olma şansı 40-50%dir. Lakin bundan başqa da çarə yoxdur. Hazırda Bakıda xəstəxanada yatır. Əməliyyat üçün tələb olunan məbləq 16000 dollardır. Daha öncə yığılan məbləqlə Minsk və Peterburqda 3 dəfə, qırılan ayağın əməliyyatına və ağciyər əməliyyatına xərcləmişik. Hazırda əməliyyat üçün 6 min dollara qədər pul var. İstanbula gedib-gəlmə xərclərini də hesaba qatsaq 11 min dollar maddi vəsait lazımdır”.

Ailə onlara kömək etmək istəyən şəxslərin "055 677 32 58” nömrəsi ilə əlaqə saxlamalarını xahiş edir.

Milli Ön-dən kömək etmək istəyənlər:

Bank Respublika

380194403237603001
AZE 16369114

 





 

OXŞAR XƏBƏRLƏR