Türkiyənin “Beşiktaş” klubu baş məşqçi axtarışlarını davam etdirir. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Beşiktaş” rəhbərliyinin nəzərdən keçirdiyi namizədlər sırasında ölkəmizdə çıxış edən voleybol mütəxəssisləri də yer alır.
Onların arasında “Şirvan” klubunun baş məşqçisi Adnan Kistak və “İqtisadçı” klubunun çalışdırıcısı Yan de Brandt da var.
Xatırladaq ki, Yan de Brandrın artıq Türkiyədə işləmək təcrübəsi var. Belçikalı voleybol mütəxəssisi “İqtisadçı”ya təyinat almazdan əvvəl “Fənərbaxça” klubunu çalışdırıb. Adnan Kistak isə ötən il “Azərreyl” klubunun baş məşqçisi idi.