9 gündür alovlara təslim olan Rodosda fövqəladə vəziyyət elan edildi

9 gündür alovlara təslim olan Rodosda fövqəladə vəziyyət elan edildi
DÜNYA
11:52 27.07.2023
166
Yunanıstan xüsusilə Rodos adasında günlərdir nəzarət altına alına bilməyən meşə yanğınları ilə mübarizə aparır. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 9 gün ərzində alovları söndürmək mümkün olmayan bütün Rodosda fövqəladə vəziyyət elan edilib.

Qızmar istinin təsiri ilə Yunanıstan, xüsusilə Rodos adasında günlərlə nəzarət altına alına bilməyən meşə yanğınları ilə mübarizə aparır. 

Yunan mətbuatında yer alan xəbərə görə, alovlar adanın Malonas, Vatio və Genadio bölgələrində yenidən yüksəlməyə başlayıb və yeni təxliyyələr edilib. Bütün müdaxilələrə baxmayaraq, 9 gün əvvəl başlayan yanğın hələ də nəzarət altına alına bilməyib və güclü küləyin təsiri ilə alov daha da şiddətlənib. 

Ayşən
OXŞAR XƏBƏRLƏR