"Son 6 gündə 4 nəfəri ilan sancıb".
AZXEBER.COM xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Bakı şəhər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, ölkənin baş toksikoloqu Azər Maqsudov deyib.
Baş toksikoloq bildirib ki, 9 nəfər isə dərmandan zəhərlənib:
"Dərmandan zəhərlənənlər əsasən sakitləşdirici, yuxu və antibiotik dərmanlarını qəbul edənlərdir. Onlar arasında ölüm faktı olmayıb. Eyni zamanda, son 6 gündə 4 nəfər allergik reaksiya ilə müraciət edib. Onlardan ikisi uşaqdır. Onlar da evə buraxılıblar. 2 nəfər isə sirkə turşusundan zəhərlənib. Ölüm faktı qeydə alınmayıb”.