Ağ Evin sözçüsü Jean-Pierre gündəlik mətbuat brifinqində Qəzzada mümkün atəşkəs prosesi ilə bağlı son vəziyyəti dəyərləndirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Jean-Pierre bu gün Dohada keçirilməsi gözlənilən atəşkəs danışıqlarının son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.
HƏMAS-ın bu danışıqlarda iştirak edəcəyinə ümid etdiklərini bildirərək bunları deyib: "Bu gün vacib bir gün olacaq. Biz atəşkəs istəyirik. Bu müharibənin bitməsini istəyirik".
Jean-Pierre, bu atəşkəs ilə məhbusların evlərinə qayıtmasının və ehtiyac duyduqları humanitar yardımı fələstinlilərə çatdırmasının mümkün olacağını söyləyib.
Jean-Pierre həmçinin İsrail və İran arasında son vaxtlar artan gərginliyin bu atəşkəslə azalacağına inandıqlarını bildirib.
Gülay