Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında Qəzzada son vəziyyəti və mümkün atəşkəs prosesini dəyərləndirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Kirbi Ramazan ayı başlamazdan əvvəl Qəzzada altı həftəlik müvəqqəti atəşkəsin əldə olunacağına ümid etdiklərini bildirib.
Kirbi İsrailin 6 həftə davam edə biləcək və girovların azad edilməsi müqabilində Qəzzaya daha çox humanitar yardımın çatdırılacağı müvəqqəti atəşkəsə razılaşdığını qeyd edib.
Mümkün atəşkəs razılaşmasının təqvimi ilə bağlı Kirbi razılaşmanın Ramazan başlamazdan əvvəl görülməsini istədiyini bildirib:
"Razılaşmanın Ramazan başlamazdan əvvəl görülməsini istəyirik və ümid edirik ki, olacaq”.
Ayşən