Abbas Bağırov yeni sayt açır - VİDEO

MAQAZİN
12:14 19.01.2015
959

Əməkdar artist Abbas Bağırov eks-həyat yoldaşı ilə fotosunun yayılmasına əsəbləşib.“Onlar” verilişinə açıqlama verən müğənni şəxsi həyatı ilə gündəmdə qalmaq istəmədiyini deyib:

“Ailəmlə bağlı heç bir açıqlama vermirəm. Hansısa bir ailə şəklimi saytlarda yerləşdiriblər. Ailə, mülk, avtomobil, musiqidən kənar olan mövzuda danışmıram. Məndən soruşurlar ki, evlənəcəksən? Əlbəttə ki, vaxtı çatanda olacaq. Hamı bilir ki, mən evli olmuşam. Burada təəccüblü heç nə yoxdur. Qismət belə gətirdi. Bunu şişirtmək lazım deyil. Bu cür şeylərlə gündəmdə qalmaq istəmirəm. Zəhləm gedir belə şeylərdən”.

A.Bağırov yeni sayt açır. İfaçı yaradıcılığı ilə bağlı bütün yenilikləri həmin saytda yerləşdirəcəyini deyib:

“Aləm gözəl” və “Sev məni” albomlarım yaxın günlərdə iTunes-də olacaq. Fevralın sonunda çıxacaq yeni albomum da ora yerləşdiriləcək. Yeni duet istəyirəm. Maraqlı duet ortağı axtarıram”.//axsam.az

OXŞAR XƏBƏRLƏR