Abdin Fərzəliyev şəhidlərin məzarını ziyarət etdi

Abdin Fərzəliyev şəhidlərin məzarını ziyarət etdi
SOSİAL
18:49 08.08.2022
317
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, şəhid ailələri və qazilərlə birgə Xırdalan şəhərindəki Şəhidlər xiyabanında və İkinci Fəxri Xiyabanda şəhidlərimizin məzarlarını ziyarət edib, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxuyub, məzarları üzərinə çiçəklər düzülüb.

Şəhidlərimizin keçdiyi döyüş yolundan danışılıb, onların göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Şəhidlərimizin ailə üzvləri ilə görüşən Abdin Fərzəliyev bildirib ki, tariximizin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən, 44 günlük Vətən müharibəsində qazandığımız qələbənin əsasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörən və praqmatik siyasət yürüdərək Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə əldə etdiyi uğurları və milli-dini həmrəyliyimiz dayanır. Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirərək "Dəmir yumruq” kimi birləşən müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşları çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək işğala son qoyublar. Bütün dini konfessiyalar dəfələrlə düşmənin ölkəmizə qarşı yönəlmiş təxribatlarına kəskin şəkildə etiraz edib, din xadimləri şücaətli Ordumuzun qələbəsi üçün daim dualar edərək ayinlər həyata keçiriblər.

Həmçinin qeyd edilib ki, ermənistanın işğalçılıq siyasəti yalnız Azərbaycana deyil, bütün müsəlman dünyasına qarşı yönəlmişdi. Çünki 30 ilə yaxın işğal dövründə Ermənistanın dağıtdığı və erməniləşdirilməsinə cəhd etdiyi bütün tarixi və dini abidələr həm də İslam irsinin tərkib hissəsidir. Bu baxımdan Azərbaycan erməni faşizminin qarşısını almaqla müsəlman dünyası qarşısında tarixi xidmət göstərdi. Təkcə özünün deyil, bütün İslam dünyasının dəyəri olan mədəni və dini irsi müdafiə etdi. 

Abdin Fərzəliyev işğaldan azad edilmiş ərazilərdə erməni vandalizminin qurbanına çevrilmiş dini abidələrin bərpasının dövlətin prioritetləri sırasında olduğunu diqqətə çatdıraraq qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva davamlı olaraq məscidləri ziyarət edir, dini ibadətgahların təmir-bərpası, həmçinin yeni məscidlərin tikilməsini diqqət mərkəzində saxlayrlar. Bu,özünü işğaldan azad olunmuş ərazilərdə də açıq şəkildə göstərir. 

Şəhid ailələri də öz növbələrində dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, hər zaman onlara dayaq olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik