Abituriyentlərin NƏZƏRİNƏ: Sumqayıt Dövlət Universitetindən maraqlı təşəbbüs

Abituriyentlərin NƏZƏRİNƏ: Sumqayıt Dövlət Universitetindən maraqlı təşəbbüs
SOSİAL
16:26 25.05.2024
139
Sosial şəbəkələrdə Sumqayıt Dövlət Universiteti (SDU) ilə bağlı edilən paylaşım marağa səbəb olub. Xüsusilə abituriyentlərin diqqətini çəkən məsələ universitetin bu il bakalavriat səviyyəsinə qəbul olacaq tələbələrə xüsusi imkanlar təklif etməsidir.

AZXEBER.COM xəbər verir ki, paylaşımlarda bu il SDU-ya 500-dən çox balla qəbul olacaq tələbələrə aylıq 200 manat əlavə təqaüd ödəniləcəyi və ödənişsiz olaraq tələbə yataqxanasından istifadəyə şərait yaradılacağı iddia edilir.

Məsələnin təfərrüatını öyrənmək üçün Sumqayıt Dövlət Universiteti ilə əlaqə saxladıq. Universitetdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan informasiyalar həqiqəti əks etdirir və SDU növbəti tədris ilində universitetə yüksək balla qəbul olacaq tələbələr üçün yeni imkanlar yaradır:

"2024/25-ci tədris ilində bakalavriat səviyyəsi üzrə 500 baldan yüksək göstəricilərlə SDU-ya qəbul olan tələbələr əlavə olaraq hər ay 200 manat məbləğində xüsusi təqaüd imkanından yararlana biləcəklər. Onu da qeyd edək ki, xüsusi təqaüd digər təqaüdlərin verilməsi qaydalarına uyğun olaraq, tələbələrin semestr üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricilərinə əsasən, davamlı olaraq ödəniləcək. Tələbələr SDU-nun təmirdən yeni çıxmış "Tələbə evi"ndə ödənişsiz qalmaq imkanı da əldə edəcəklər. Burada tələbələrin rahatlığı üçün yüksək standartlara cavab verən otaqlar, keyfiyyətli internet təminatı, istilik təchizatı, asudə vaxtın səmərəli keçirilməsi üçün bütün imkanlar yaradılıb".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Latakiyada güclü partlayış baş verib, ölənlər var
23:51 15.03.2025
Latakiyada güclü partlayış baş verib, ölənlər var
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
23:35 15.03.2025
Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
23:20 15.03.2025
Makron: Avropa Rusiyanın razılığı olmadan Ukraynaya qoşun yeridə bilər
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
22:54 15.03.2025
ABŞ ordusu Trampın əmri ilə Yəməndə husilərin hədəflərinə irimiqyaslı zərbələr endirib
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
22:34 15.03.2025
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
22:09 15.03.2025
Lənkəranda 3 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTOLAR
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
21:32 15.03.2025
Azərbaycan cüdoçusu Avropa Kubokunda qızıl medal qazanıb
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
21:21 15.03.2025
Macarıstan Bakı və İrəvan arasında Sülh Sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
21:05 15.03.2025
Sumqayıtda liposaksiya əməliyyatı etdirən 34 yaşlı qadın ölüb
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
20:41 15.03.2025
Cəlilabad meyitxanasına gətirilən 34 yaşlı kişinin ölmədiyi məlum olub
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
20:26 15.03.2025
Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
20:13 15.03.2025
Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü
20:01 15.03.2025
İftar vaxtı - 16 mart 2025: Ramazanın 16-ci günü
Gədəbəydə meşə yanıb
19:49 15.03.2025
Gədəbəydə meşə yanıb
Ərdoğanın müşaviri: Yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında davamlı sülhün olacağına inanırıq
19:41 15.03.2025
Ərdoğanın müşaviri: Yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında davamlı sülhün olacağına inanırıq
Lənkəranda direktor şagirdi döyüb?
19:28 15.03.2025
Lənkəranda direktor şagirdi döyüb?