ABŞ-da koronavirusun "Mu" variantı sürətlə yayılır

SAĞLAMLIQ
12:50 08.09.2021
1043
ABŞ-ın 49 əyalətində koronavirusun "Mu” variantı aşkarlanıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, yeni növ koronavirusun ən son variantı olan "Mu” ABŞ-ın 49 əyalətində yayılıb.

Daily News-un tərtib etdiyi məlumata görə, yanvar ayında Kolumbiyada aşkarlanan COVİD-19-un "Mu" variantı ABŞ-ın Havay və Alyaska da daxil olmaqla 49 əyalətində aşkar edilib.

"Delta" variantından daha yoluxucu olduğuna inanılan "Mu” variantı Kaliforniyada pik həddə çatıb.

Onu da qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı "Mu” variantının bütün digər COVİD-19 variantlarından daha yoluxucu olduğu üçün nəzarət edilməli olduğunu açıqlayıb.

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR