ABŞ-də miqrant böhranı - Baydenə dəstək azalır

ABŞ-də miqrant böhranı - Baydenə dəstək azalır
DÜNYA
11:41 08.01.2024
125
ABŞ-də 2024-cü il prezident seçkiləri üçün praymerizlərin başlamasına təxminən bir həftə qalmış elan edilən sorğuya görə, amerikalı seçicilərin Prezident Co Baydenin sərhəd siyasətini təxminən üçdə biri dəstəklədiyi ortaya çıxıb.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-nin CBS kanalının 3-5 yanvar tarixləri arasında keçirdiyi sorğuda amerikalı seçicilər Co Baydenin Meksika sərhədində qeyri-qanuni mühacirlərə qarşı siyasətini düzgün hesab edib-etmədikləri sualına 32 faiz "bəli”, 68 faiz isə "xeyr” cavabını verib.

Baydenin sərhəd təhlükəsizliyi ilə bağlı təsdiqinin qurumun bu günə qədər apardığı sorğularda ən aşağı rəqəm olduğu ifadə edilib.
 
Respondentlərin yalnız 35 faizi eyni məsələ ilə bağlı Konqresdəki Respublikaçıları bəyəndiyi halda, 65 faizi Respublikaçı Senatorların və Nümayəndələr Palatasının üzvlərinin ölkə sərhədindəki problemə yanaşmasını düzgün hesab etmədiyini bildirib.

Anket suallarına cavab verən ABŞ seçicilərinin 45 faizi ölkənin Meksika sərhədindəki qeyri-qanuni mühacir probleminin böhran səviyyəsində olduğunu, 63 faizi isə sərhədə girişin daha çətinləşdirilməli olduğu fikrini bildirib.
 
Bundan əlavə, amerikalıların 40 faizi yaşadıqları bölgədə məcburi köçkünlərin artan olduğunu, 25 faizi eyni şəkildə qaldıqlarını və ya azaldıqlarını, 35 faizi isə bunun artıb-azalmadığını fərq etmədiklərini bildirib.
 
ABŞ ümumi seçicilərinin 43 faizi ölkənin cənub əyalətlərindən qeyri-qanuni mühacirlərin şimal bölgələrinə göndərilməsini "doğru”, 57 faizi isə "səhv” hesab edib.
 
Bu nisbət partiya tərəfindən nəzərə alındıqda demokratların 66 faizi, respublikaçıların isə 47 faizi sözügedən mühacirlərin ölkənin şimalına göndərilməsinin əleyhinə olduqlarını bildiriblər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR