ABŞ-nin Miçiqan ştatında fərdi evdə baş verən yanğından sonra səkkiz nəfərin, o cümlədən altı uşağın cəsədi tapılıb. Onlardan bəzilərində güllə yaraları aşkarlanıb.
Bu barədə NBC telekanalı məlumat yayıb.
Ottava dairəsinin polis kapitanı Ceykob Sparks bildirib ki, ölən uşaqların yaşı 5-15 arasında olub. Neçə nəfərin güllə yarası aldığı açıqlanmayıb.
Sparks qeyd edib ki, hadisənin əsas versiyalarından biri kütləvi qətl və ardınca intihar ehtimalıdır. Buna görə də hüquq-mühafizə orqanları hazırda kənar şübhəli şəxslər axtarmır.