ABŞ-də qütb soyuqluğundan 7 nəfər öldü

ABŞ-də qütb soyuqluğundan 7 nəfər öldü
DÜNYA
12:31 17.01.2024
153
Qütb soyuqluğu ABŞ-də can almaqda davam edir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ni təsir edən qütb soyuqları səbəbiylə ölkə daxilində 200 milyondan çox insana təhlükəli qış şərtləri barədə xəbərdarlıq edilib, 7 nəfərin həyatını itirdiyi bildirilib.

Milli Meteorologiya Xidməti xəbərdarlıq edib ki, ölkənin orta şimal rayonlarında və şimal-şərq ştatlarında külək səbəbindən havanın temperaturu mənfi 34 dərəcəyə enə bilər.

Ölkənin 23 ştatında həddindən artıq qar yağması, buzlanma və donma soyuqları ilə bağlı xəbərdarlıq edilib, 200 milyondan çox insan üçün "qış şəraiti” xəbərdarlığı edilib.

Nyu York, Baltimor və Vaşinqton şəhərləri mövsümün ilk qarını görüb, xüsusilə qarın çox olduğu bölgələrdə məktəblər bağlanıb.

Ölkə üzrə 1 milyondan çox şagirdin təhsil aldığı məktəblərin qış şəraiti ilə əlaqədar bağlandığı məlum olub.

Ayşən
OXŞAR XƏBƏRLƏR