ABŞ-nin Şoşon dairəsinin şerifinin (polis) ofisində baş verən atışma nəticəsində iki nəfər yaralanıb, insidentin təşkilatçısı isə öldürülüb.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Shoshone News-Press" nəşri məlumat yayıb.
"Atışma nəticəsində iki nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Onların xəsarətlərinin hansı dərəcədə olması hələlik bəlli deyil", - deyə xəbərdə bildirilib.
Ərazidəki şirkətinin sahibi şübhəli şəxsin öncə mağazaya atəş açdığını və daha sonra şerifin ofisinə girdiyini bildirib.
Yerli hüquq-mühafizə orqanları silahlı insidenti törədən şəxsin öldürüldüyünü təsdiqləyiblər.
Oxu.Az










































