ABŞ-nin İsrailə yarım ton ağırlığında MK-83 bombaları göndərəcəyi iddia edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə "İsrail Hayom” qəzeti məlumat yayıb.
Buna səbəb ABŞ-yə səfər edən İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Co Baydendən ağır bombalar göndərməsini istəməsi olub.
Təsdiqləndiyi bildirilən yarım tonluq bombaların gəmiyə yükləndikdən sonra Bayden rəhbərliyi tərəfindən daşınması dayandırılan təxminən 1700 250 kiloqramlıq MK-82 bombası ilə birlikdə İsrailə çatdırılması gözlənilir.
Qeyd olunub ki, MK-82 bombaları İsrailin Qəzza zolağının cənubundakı Rəfaha hücumlarından narazı qaldığı üçün Baydenin birbaşa göstərişi ilə dayandırılıb.
Onu da bildirək ki, ABŞ-nin bir müddət İsrailə silah göndərilməsini məhdudlaşdırdığı, lakin son vaxtlar yenidən göndərməyə başlaması ictimai müzakirələrə səbəb olur.
Mikayıl