Noyabrda ABŞ-də keçiriləcək prezident seçkiləri üçün keçirilən sorğunun nəticələrinə görə, prezident Co Bayden keçmiş prezident Donald Trampdan 5 xal geri qalır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, New York Times/Siena Kolleci ilə birgə keçirilən sorğu Demokratlar Partiyası ilə Respublikaçılar Partiyasının prezidentliyə namizədləri arasında son vəziyyəti üzə çıxarıb.
Sorğuya qatılan seçicilərin 43%-i noyabrın 5-də Baydenə səs verəcəklərini, Trampı seçəcəyini deyənlərin nisbəti isə 48% təşkil edib.
2020-ci il prezident seçkilərində Baydenə səs verənlərin 83%-i noyabrda ikinci dəfə eyni namizədi dəstəkləyəcəklərini, eyni ildə Trampa səs verənlərin 97%-i isə yenidən ona səs verəcəklərini qeyd edib.
Respondentlərin 47%-i Baydenin vəzifəsini yerinə yetirmə tərzini qəti şəkildə bəyənmədiklərini, hər 4 iştirakçıdan biri isə ölkənin yanlış istiqamətdə getdiyini düşündüyünü bildirib.
Ayşən