ABŞ-ın yeni müdafiə nazirinin adı məlum oldu

DÜNYA
00:56 07.01.2013
1641
ABŞ prezidenti Barak Obama müdafiə naziri postuna Nebraska ştatından olan keçmiş senator, respublikaçı Çak Heygeli (Chuck Hagel) təyin edəcək.Bu barədə “Reuters” agentliyi Demokratik Partiyadakı mənbələrə istinadən xəbər yayıb.

B. Obama Pentaqonun yeni rəhbərinin adını yanvarın 7-də açıqlayacaq. Müdafiə naziri vəzifəsinə namizədi ABŞ Senatı təsdiqləməlidir.

Ç. Heygelin namizədliyinin Senatda mübahisələr doğuracağı ehtimal edilir. Belə ki, eks-senator çıxışlarında ABŞ-ın İrana qarşı nüvə proqramı ilə əlaqədar tətbiq etdiyi iqtisadi sanksiyaların effektli olacağına şübhə ilə yanaşdığını bildirib, həmçinin ABŞ-ın müttəfiqi olan İsrail, xüsusən də Vaşinqtondakı “yəhudi lobbisi” əleyhinə fikirlər səsləndirib.

Qeyd edək ki, ABŞ-ın hazırkı müdafiə naziri Leon Panetta 2011-ci ilin iyulundan bu postda çalışır. L. Panetta 2012-ci ilin noyabrında təqaüdə çıxmaq niyyətində olduğunu açıqlayıb.//APA

OXŞAR XƏBƏRLƏR