ABŞ İraqa zərbə endirdiyinə görə üzr istədi

ABŞ İraqa zərbə endirdiyinə görə üzr istədi
DÜNYA
13:44 02.03.2024
157
ABŞ ötən ay İraqa zərbə endirdiyinə görə üzr istəyib.

AZXEBER.COM trend-ə istinadən xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn Antalya Diplomatik Forumunda deyib.

Onun sözlərinə görə, ABŞ fevralın 3-də İraqa aviazərbə endirəcəyi barədə ölkə rəhbərliyini əvvəlcədən məlumatlandırmayıb. ABŞ nümayəndəsi buna görə üzrxahlıq edib.

Xatırladaq ki, bu il fevralın 3-də ABŞ Mərkəzi Komandanlığı İraq və Suriyada iranyönlü qruplara zərbələrin endirilməsini təsdiqləyib.

"ABŞ İraq və Suriyada 85-dən çox hədəfi vurub və 125-dən çox dəqiq idarə olunan hərbi sursatdan istifadə edib”, – deyə məlumatda qeyd edilib.

İraq hökuməti ABŞ ordusunun ölkənin sərhəd rayonlarına endirdiyi zərbələr nəticəsində 16 nəfərin həlak olduğunu açıqlayıb.
OXŞAR XƏBƏRLƏR