ABŞ İsraillə HƏMAS arasında atəşkəsə dair yeni təklif göndərəcək

DÜNYA
13:58 14.08.2024
124
ABŞ İsraillə HƏMAS arasında atəşkəsə dair yeni təklif irəli sürəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə İsrailin "Yediot Ahronot” qəzeti xəbər yayıb.
 
Belə ki, atəşkəslə bağlı görüş Qətərin paytaxtı Dohada keçirilə bilər.
 
ABŞ-nin təqdim edəcəyi atəşkəs və gizli mübadilə təklifinin təfərrüatları hələ məlum olmasa da, may ayında təqdim edilən layihəyə böyük ölçüdə bənzəyəcəyi bildirilib.

Bildirilib ki, Vaşinqtonun yeni təklifin çərçivəsini qəbul etmək üçün tərəflərə təzyiq göstərməsi gözlənilir.

Avqustun 8-də yayımlanan birgə bəyanatda ABŞ, Misir və Qətər İsrail və HƏMAS-ı Qəzzada atəşkəs və əsir mübadiləsi üçün avqustun 15-də danışıqlara yenidən başlamağa çağırıb.

Qeyd edək ki, İsrail sabah danışıqlara nümayəndə heyəti göndərəcəyini açıqlasa da, HƏMAS Baydenin atəşkəs üçün təqdim etdiyi və HƏMASI-ın qəbul etdiyi atəşkəs təklifinin həyata keçirilməsi planını təqdim etmələrini istəyib. 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR