ABŞ-nin Yaponiyadakı səfirindən maraqlı təklif: Çinə qarşı birlik yaradıla bilər

DÜNYA
13:36 10.10.2024
279
ABŞ-nin Yaponiyadakı səfiri Rahm Emanuel ABŞ və müttəfiqlərinə Çinə iqtisadi cəhətdən qarşı çıxmaq üçün NATO kimi böyük ittifaq yaratmağı təklif edib.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, "Wall Street Journal" (WSJ) üçün yazdığı məqalədə Emanuel Çinin iqtisadi təzyiqlərinin qarşısını birlik qurmaqla alına biləcəyini bildirib.

Səfir bu kontekstdə NATO-ya bənzər ticarət və müdafiə ittifaqının yaradılmasının zəruriliyinə diqqət çəkib və həmfikir ölkələrin daha sıx işləməsinin vacibliyini vurğulayıb.
 
Emanuel Covid-19 zamanı Çinin yüksək gömrük rüsumları ilə qarşı-qarşıya qalan Avstraliyanın müttəfiqlərinin köməyi ilə sözügedən ölkədən iqtisadi asılılığını azalda bildiyini misal çəkib.

Qeyd edək ki, daha öncə Yaponiyanın baş naziri İşiba Şiqeru da çıxışında Asiyada NATO kimi bir ittifaqın yaradılmasını təklif etmişdi.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR