ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, ABŞ rəsmiləri bu həftə Qətərin paytaxtı Dohada Taliban rəsmiləri ilə görüşəcək.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Bəyanatda bildirilib ki, görüşdə iqtisadiyyat, təhlükəsizlik, qadın hüquqları, narkotik istehsalı və qanunsuz dövriyyəsi ilə mübarizə müzakirə olunacaq.
Xatırladaq ki, Taliban 20 il sonra, 2021-ci ildə NATO və ABŞ qüvvələrinin ölkədən çıxarılmasından sonra Əfqanıstanda yenidən hakimiyyətə gəlib.
Şəbnəm