ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Ukraynaya 250 milyon dollarlıq yeni hərbi yardım göndəriləcəyini açıqlayıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Pentaqondan verilən yazılı açıqlamada, 250 milyon dollarlıq hərbi yardım paketinə yer-hava raket sistemləri, Stinger raketləri, artilleriya sursatları, tank əleyhinə silahlar və Ukrayna ordusunun ehtiyac duyduğu digər silahların olduğu bildirilib.
Prezident Co Bayden administrasiyasının Senatda respublikaçılar tərəfindən bloklanan Ukraynaya 61 milyard dollarlıq əlavə dəstəyin daxil olduğu paketin keçməsi üçün yeni ildə işini davam etdirəcəyi gözlənilir.
Senatdakı respublikaçılar dekabrın son günlərində gündəmə gətirilən qanun layihəsini ABŞ-ın cənub sərhədlərinin təhlükəsizliyini artırmaq üçün əlavə tədbirləri ehtiva etmədiyi səbəbilə dəstəkləməyib.
Mikayıl