Abşeronda ağır qəza: Ölən və xəsarət alanlar var - FOTO

SOSİAL
11:27 28.03.2023
555
Abşeron rayonunda avtomobillər toqquşub, 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Bu barədə AZXEBER.COM-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

Qeyd olunur ki, ötən gün saat 17:00 radələrində Xırdalan-Saray yolunda Sumqayıt şəhər sakinləri – Fərzəliyev Ehtiram Niyaz oğlunun idarə etdiyi "İVECO"' markalı 90-JU-259 nömrə nişanlı yük avtomobili ilə Hüseynov İsmayıl Hüseyn oğlunun idarə etdiyi "Mercedes” markalı 90-SM-259 nömrə nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb. Xəsarət alanların vəziyyəti orta-ağırdır.
 
Faktla bağlı araşdırma aparılır.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR