ABU-dakı ‘qara transplantasiya’ əməliyyatları ATƏT-in araşdırmasına salınıb

ABU-dakı ‘qara transplantasiya’ əməliyyatları ATƏT-in araşdırmasına salınıb
SİYASƏT
12:41 10.07.2013
1627

Bakıda keçirilən “qara transplantasiya” əməliyyatında Fransa, İsrail, ABŞ və Ukrayna vətəndaşları iştirak etdikləri deyilir

ATƏT-in insan ticarəti ilə mübarizə üzrə xüsusi nümayəndəsi Mariya Cammarinaro insan orqanlarının ticarətinə həsr olunmuş tədqiqatı dərc edib. APA-nın məlumatına görə, tədqiqatda ATƏT məkanında qara transplantasiyaya dair faktlara, cinayət işlərinə yer verilib. Tədqiqata Moldova, Türkiyə, Bolqarıstan, İsrail, Ukrayna və Kosovoda “Qara transplantasiya” hallarına dair faktlar daxil edilib. Bu sənəddə Azərbaycan Beynəlxalq Universitetinin tibb mərkəzində 2009-cu ildə aparılmış “qara transplantasiya” halları da yer alıb. Sənəddə bildirilir ki, Bakıda keçirilən “qara transplantasiya” əməliyyatında Fransa, İsrail, ABŞ və Ukrayna vətəndaşları iştirak ediblər. Tibb mərkəzində qanunsuz əməliyyatlar 2009-cu ildə ukraynalı cərrahlar tərəfindən keçirilib. 13 Ukrayna vətəndaşı donorluq edib, insan orqanları üç xarici dövlətin vətəndaşlarına satılıb. Tədqiqata əsasən, bu faktla bağlı ABU-nun tibb mərkəzinin əməkdaşlarına səlahiyyətlərindən sui-istifadə etmə (Azərbaycan CM, 308.2 maddə), cinayətkar qrup formalaşdırma və ticarət insan orqanları və hüceyrələrinin ticarəti və ya transplantasiya məqsədilə onların çıxarılması maddələri ilə cinayət işi başlanıb. Səhiyyə Nazirliyi ABU-nun tibb mərkəzinə tibbi xidmətlər göstərilməsi üçün verdiyi lisenziyanı ləğv edib. ATƏT-in tədqiqatında bildirilir ki, Azərbaycan və Ukraynanın hüquq-mühafizə orqanları “qara transplantasiya”nın qarşısını almaq üçün qarşılıqlı əməkdaşlıq ediblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb