Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir

Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
İQTİSADİYYAT
14:07 10.03.2026
739

Şəhər mərkəzinə yaxın, geniş yaşıllığa malik, müasir memarlıq və yüksək tikinti standartlarını bir araya gətirən yaşayış kompleksi axtaranlar üçün "City Garden Narimanov” diqqət çəkən ünvanlardan biridir.

 

"N.Nərimanov” metro stansiyasına qısa məsafədə yerləşən "City Garden Narimanov”şəhərin mərkəzində komfortlu və premium həyat təklif edən meqa yaşayış kompleksidir. Şəhərin əsas yollarına, biznes və ticarət mərkəzlərinə, sosial obyektlərə yaxınlıq sakinlərə həm vaxta qənaət etməyə, həm də daha rahat həyat tərzi qurmağa imkan yaradır.

 

Kompleksin memarlıq həlli həm estetik, həm də funksional yanaşma üzərində qurulub. Binaların fasadı uzunömürlü, keyfiyyətli, isti və soyuğa davamlı keramoqranitlə üzlənir. Mənzillərin divarları və döşəmələri arasında tətbiq olunan izolyasiya qatları isə qonşu mənzillərdən gələn səsləri minimuma endirərək daha sakit və komfortlu yaşayış mühiti yaradır. Kompleksdə tətbiq olunan mərkəzi istilik sistemi də sakinlər üçün stabil və rahat temperatur təmin edir.

"City Garden Narimanov” ərazisində 17,4 hektar yaşıllıq sahəsi nəzərdə tutulub. Geniş park zonaları və ağaclarla zəngin landşaft sakinlərə şəhərin mərkəzində belə təbiətə yaxın mühitdə yaşamaq imkanı yaradır. Günəş panelləri, tullantıların çeşidlənməsi və yağış sularının toplanması ilə layihədə ekoloji məsuliyyət də diqqətdə saxlanılıb.

 

 

Kompleksin sosial infrastrukturu da gündəlik rahatlıq üçün planlaşdırılıb. Ərazidə mall, fitness mərkəzi və müxtəlif iaşə obyektlərinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Bundan əlavə, layihə ərazisində yerləşən və sentyabr ayında fəaliyyətə başlayacaq "Landau School” ailələr üçün əlavə üstünlük yaradır.

"City Garden Narimanov” layihəsində mənzillər sakinlərə premium təmirli şəkildə təhvil verilir. Mənzillərdə Almaniya istehsalı "HARO”parketləri, elektrik açarlarında İtaliyanın "GEWISS” brendi, elektrik sistemində isə İtaliya istehsalı "Prysmian”yanmayan kabelləri istifadə olunur. Divarlarda "Zambaiti Parati” divar kağızları, hamam aksesuarlarında Almaniyanın "GROHE” brendi, sanitar və ümumi sahələrdə isə İtaliyanın "Infinity”keramoqranitləri tətbiq edilir. Bu materiallar həm keyfiyyət, həm təhlükəsizlik, həm də estetik baxımdan yüksək standart yaradır.

 

Layihənin tikintisində müasir və etibarlı texnologiyalar tətbiq olunur. Binalar beton pərdə sistemi ilə inşa edilir, tava tipli bütöv təməl üzərində qurulur və 12 metrədək dərinliyə enən beton ayaqlarla gücləndirilir. Bundan əlavə, mufta birləşmə sistemi tətbiq olunur ki, bu da konstruksiyanın möhkəmliyini və təhlükəsizliyini daha da artırır.

 

 

"City Garden Narimanov” layihəsində yeni "Evini hissə-hissə al” satış modeli də aktivdir. Bu model sayəsində istər 3 kv.m, istər 5 kv.m alaraq mənzil sahibi olmağa başlaya bilərsən. Daha sonra imkanın olduqca mənzilinin sahəsini artıraraq onu mərhələli şəkildə, faizsiz və aylıq ödəniş öhdəliyi olmadan tam sahəyə çatdıra bilirsən.

Kompleksdə sahəsi 59,65–169,74 kv.m arası 2, 3 və 4 otaqlı, eləcə də studiya tipli mənzillər 20 ilədək ipoteka və ya 36 ayadək faizsiz, daxili kredit şərtləri ilə satışdadır. Mənzil alarkən ödənilən ƏDV isə 30 iş günü ərzində geri qaytarılır.

 

Layihə ilə yaxından tanış olmaq üçün satış ofisinə yaxınlaşa və ya *1544 qısa nömrəsinə zəng edə bilərsən.

Ünvan: Nərimanov rayonu,Xəzri küçəsi

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Dilənçilik edən uşaqların sayı artıb – Azyaşlıları küçəyə çıxaran səbəblər nədir?
16:54 12.08.2026
Dilənçilik edən uşaqların sayı artıb – Azyaşlıları küçəyə çıxaran səbəblər nədir?
Dünyada tullantıdan gəlir əldə edən ölkələr - SİYAHI
16:47 12.08.2026
Dünyada tullantıdan gəlir əldə edən ölkələr - SİYAHI
"Məkkə sazişi"nə o ölkə də qoşulmaq istəyib - Səudiyyə Ərəbistanı "yox" deyib
16:42 12.08.2026
"Məkkə sazişi"nə o ölkə də qoşulmaq istəyib - Səudiyyə Ərəbistanı "yox" deyib
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
16:39 12.08.2026
Leobank Uşaq kartı istifadəçilərinin sayı 20 000-ə çatdı!
"Sabah" Çempionlar Liqasına vəsiqə qazansa, ən az 18 milyon avro əldə edəcək
16:35 12.08.2026
"Sabah" Çempionlar Liqasına vəsiqə qazansa, ən az 18 milyon avro əldə edəcək
Türkiyədə F16 təyyarəsi qəzaya uğradı
16:35 12.08.2026
Türkiyədə F16 təyyarəsi qəzaya uğradı
“Sabah”ın oyununda dava düşdü: Cinayət işi açıldı
16:22 12.08.2026
“Sabah”ın oyununda dava düşdü: Cinayət işi açıldı
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?
16:18 12.08.2026
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?
Park Yasamalda hazır və tikintisi davam edən mənzillər satışda
16:00 12.08.2026
Park Yasamalda hazır və tikintisi davam edən mənzillər satışda
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
15:20 12.08.2026
Rusiyadan Telegram və Google-yə zərbə: Milyonlarla rubl cərimə
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
15:05 12.08.2026
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
15:02 12.08.2026
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
14:58 12.08.2026
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
14:57 12.08.2026
Dünya Çempionatına buraxılmamışdı, UEFA Superkubokunu idarə edəcək
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
14:46 12.08.2026
Zelenski: Ukrayna ordusu Novorossiyskdə Rusiya hərbi-dəniz bazasına zərbə endirib
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir
14:35 12.08.2026
Qarabağ Universitetində yeni mərhələ: Təhsil imkanları genişlənir