Ağcabədidə avtomobil hasara çırpılıb, sürücü xəsarət alıb

Ağcabədidə avtomobil hasara çırpılıb, sürücü xəsarət alıb
HADİSƏ
17:54 08.03.2025
255
Ağcabədidə yol qəzası baş verib.

Hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1993-cü il təvəllüdlü Tağıyev Səddam Allahverən oğlunun idarə etdiyi "VAZ" markalı minik maşını idarəetməni itirərək yol kənarındakı daş hasara çırpılıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır.
 
///APA
OXŞAR XƏBƏRLƏR