AccessBank-ın “Bizdən Biznesə” startap müsabiqəsinin qalibləri elan olundu - FOTOLAR

İQTİSADİYYAT
11:07 27.12.2024
366
Azərbaycanda biznesə daim innovativ və əlçatan maliyyə həlləri təqdim edən AccessBank-ın  Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə həyata keçirdiyi "Bizdən Biznesə” startap müsabiqəsinin qalibləri elan olundu.

24 oktyabr tarixində elan olunan müsabiqəyə 1 ay ərzində 500-dən artıq müraciət daxil olundu. Münsiflər heyəti tərəfindən daxil olunan layihələr arasında müəyyən olunan  innovasiya və kreativlik, davamlılıq və gəlirlilik meyarlarına cavab verən 20 layihə seçildi. İkinci mərhələdə isə 7 layihə seçilərək finala keçid aldı. 

Münsiflər heyətinin qərarına görə, I yerin sahibi "Climasel” soyutma panelləri istehsalı layihəsinin müəllifi Xəyalə Miriyeva, II yerin sahibi kənd təsərrüfatı və qida tullantılarının bioloji emaldan keçirərək alternativ heyvan mənşəli protein və yağ əlavələrinin istehsalı layihəsinin müəllifi Rafiq Mirzəyev və sonuncu III yerin sahibi isə arı mumlu örtüklərin istehsalı layihəsinin müəllifi Fidan Əlisoy elan olundu.

"Bizdən Biznesə” müsabiqəsinin uğurla başa çatması bizim üçün əhəmiyyətli hadisədir. Biz ölkə iqtisadiyyatının inkişafına töhfə verməkdən və sahibkarların biznes ideyalarını reallaşdırmalarına dəstək verməkdən qürur duyuruq. AccessBank hər zaman bizneslərin inkişafına aktiv dəstək verir. Əminik ki, bu cür təşəbbüslər bizneslər üçün yeni imkanlar açır və bunu nəzərə alaraq, startap müsabiqəsini ənənəyə çevirərək hər il keçirməyi düşünürük”, - bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.

"Bizdən Biznesə” layihəsinin şərtlərinə görə I yerin sahibinə biznes planın həyata keçirilməsi üçün AccessBank tərəfindən 25 000 AZN, II yerin sahibinə 20 000 AZN, III yerin sahibinə isə 15 000 AZN dəyərində mükafat təqdim edildi.  Qaliblər mükafatı yalnız nağdsız hesablaşma formasında istifadə edə bilərlər və bir il ərazidə AccessBank vasitəsilə ölkə daxili aparılan bütün bank əməliyyatları komissiya ödənişlərindən azad edilir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: https://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir