AccessBank Sahibkarlığın İnkişaf Fondu (SİF) ilə 2021-ci ildə sıx əməkdaşlıq etmiş kredit təşkilatları arasında ilk üçlükdə yer alır.
AZXEBER.COM xəbər verir ki, fond ötən il ümumilikdə 44 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edib.
AccessBank-ın Sahibkarlığın İnkişaf Fondu ilə birgə əməkdaşlığının nəticəsi olaraq, Bank 2021-ci ildə ümumilikdə 472 layihənin maliyyələşdirilməsinə dəstək verib. Bunlardan ümumi məbləği 7 milyon manat olan 324 layihə güzəştli kreditləri əhatə edib. Kredit tələbatı 22,5 milyon manat olan 148 layihəyə isə SİF-in dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində 10,1 milyon manat dövlət zəmanəti verilib