Müğənni Nigar Camal "Atv maqazin onlarla" proqramına açıqlama verib.
AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, yeni klip çəkdirdiyini deyən ifaçı ekran işində açıq-saçıq görüntülərin olmayacağını söyləyib:
"Belə görüntülərdən bezmişəm. Tamaşaçı da bezib. Artıq hər şey adiləşib".
O, açıqlamalarına bəstəkarlardan narazı olması ilə davam edib:
"Bəstəkarlarımız tənbəldirlər, zəif işləyirlər. İstədiyimi etmirlər, əsəbiləşirəm. Çoxu musiqiçi də deyil, musiqi məktəbi bitirməyib. Bəziləri üçün normaldır, amma istədiyimi onlardan ala bilmirəm".