Ağdamda Əlağalı kənd qəbiristanlığı yanğından mühafizə olunub.
FHN-nin əraziyə cəlb edilən yanğınsöndürən əməkdaşları rayonun Əliağalı kəndində yayılan alovun kənd qəbiristanlığına keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində nəzarətə götürülüb.
Yanğınla mübarizə tədbirlərinə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatları davam edir.