Ağdaşda 24 yaşlı oğlan bıçaqlandı

Ağdaşda 24 yaşlı oğlan bıçaqlandı
HADİSƏ
09:31 04.12.2025
102
Ağdaşda bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, dekabrın 3-də saat 23 radələrində Ağdaş şəhəri ərazisində 30 yaşlı Arzu Səfərli ( kişi) 24 yaşlı Nicat Qafarova bıçaqla xəsarət yetirib və daha sonra hadisə yerindən uzaqlaşıb.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.
OXŞAR XƏBƏRLƏR