Ağdaşda yeniyetmə su kanalında boğuldu

Ağdaşda yeniyetmə su kanalında boğuldu
HADİSƏ
20:29 12.07.2025
318
Ağdaş rayonunda 14 yaşlı yeniyetmə su kanalında boğulub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Belə ki, Ağdaş rayon sakini 2011-ci il təvəllüdlü Bakirli Murad Əli oğlu su kanalında çimərkən batıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR