ADNA faciəsinin ildönümü ilə bağlı aksiya elan olundu

MARAQLI
06:45 09.04.2011
1942

Azərbaycan Dövlət Neft Akademiyasında 2009-cu il aprelin 30-da baş vermiş faciənin ildönümü ilə bağlı gənclərin aksiyası elan olunub.  Bununla bağlı “Facebook” sosial şəbəkəsində qrup yaradılıb, aksiyanın yeri və vaxtı göstərilib. “30 Aprel - ADNA hadisəsinin ildönümü” qrupu elan edib ki, onlar tələbə və gəncləri aprelin 30-da Cəfər Cabbarlı heykəlinin ətrafında toplanmağa çağırırlar. Aksiyanı “Nida” Vətəndaş Hərəkatı və “Azad Gənclik” Təşkilatı təşkil edəcək.

Çağırışda deyilir: “Sizi 30 aprel 2011-ci ildə hüznümüzü birgə qeyd etməyə çağırırıq. Hamımızın bəlası terrorizmin qurbanları olan həmyaşıdlarımıza, həmvətənlərimizə hüznümüzü birgə tutaq. Biz məhz birlikdə olanda terrora qarşı daha güclü oluruq! Hamımız əlimizə qara bağlayaq. Anım Mərasimindən sonra hamılıqla ilk şəhid olan gənclərimizin qəbirlərini ziyarət edəcəyik, sonra isə ailələrinə də baş çəkəcəyik...”.

/// qafqazinfo

OXŞAR XƏBƏRLƏR