Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Afrikanın qlobal sülh və təhlükəsizlikdəki rolunun əhəmiyyətini vurğulayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (BMTŞ) sessiyasında çıxış edən BMT-nin baş katibi Antonio Quterreş Afrikanın Şuradakı təmsilçiliyi ilə bağlı açıqlamalar verib.
Afrikanın Şurada təmsil olunduğu islahatlara təcili ehtiyac olduğunu vurğulayan Quterreş bunları deyib:
"1945-ci ildən bəri BMT Təhlükəsizlik Şurası qlobal sülh və təhlükəsizliyin əsasını təşkil edir, lakin onun təməlindəki çatlar göz ardı edilə bilməyəcək qədər böyüyür" deyə bildirib. O, həmçinin Afrikanın BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəliyinin olmaması qəbuledilməzdir".
Şuranın "İkinci Dünya Müharibəsinin qalibləri tərəfindən tərtib edildiyini və o dövrün güc strukturlarını əks etdirdiyini" qeyd edən Quterreş 1945-ci ildən bu yana dünyanın əhəmiyyətli dərəcədə dəyişdiyini və Şuranın strukturunun bununla "ayaqlaşa bilməyəcəyini" bildirib.
Gülay