Aİ-də yeni geyim və ayaqqabıların utilizasiyasına qadağa qüvvəyə minib

Aİ-də yeni geyim və ayaqqabıların utilizasiyasına qadağa qüvvəyə minib
DÜNYA
21:56 19.07.2026
1087
Avropa İttifaqında (Aİ) iyulun 19-dan etibarən iri şirkətlərin satılmamış yeni geyim və ayaqqabıları utilizasiyaya göndərməsinə qadağa qüvvəyə minib.

Bu barədə SWR məlumat yayıb.

Məlumata görə, bu gündən etibarən böyük geyim satıcıları mövsüm sonunda satılmayan yeni malları məhv etmək üçün utilizasiyaya verə bilməzlər. Müvafiq qərar hələ 2026-cı ilin əvvəllərində qəbul edilib. Qadağa iri şirkətlər üçün 19 iyul 2026-cı ildən, orta ölçülü şirkətlər üçün isə 2030-cu ilin iyulundan etibarən tətbiq olunacaq.

Avropa Ətraf Mühit Agentliyinin qiymətləndirmələrinə görə, indiyədək Avropada bazara çıxarılan tamamilə yeni tekstil məhsullarının 4-9 faizi utilizasiyaya göndərilib. Bunlara, əsasən, alıcılar tərəfindən geri qaytarılan və ya satılmamış kolleksiya qalıqları daxildir. Hər il zibilxanalara 600 min tona qədər tekstil tullantısı atılır.

Yeni tələblərə əsasən, bu məhsullar üçün alternativ istifadə yolları tapılmalı, onlar xeyriyyə təşkilatlarına verilməli və ya təkrar emala yönləndirilməlidir. Qadağa tam xarakter daşımır: texniki və ya təhlükəsizlik səbəbindən təkrar istifadəsi mümkün olmayan məhsullar üçün istisnalar nəzərdə tutulur.

Qeyd edək ki, Avropa Parlamenti 2025-ci ilin noyabrında əsasən asiyamənşəli və çox aşağı qiymətlərlə məhsul təklif edən onlayn mağazalara nəzarəti gücləndirən qətnamə qəbul edib. Fransada isə "Shein" və "Temu" kimi platformaların fəaliyyətini məhdudlaşdıran yenilənmiş qanun layihəsi təsdiqlənib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri