Aİ Fələstin hökumətinə məmurların maaşlarının ödənilməsi üçün 43 milyon avro ayırıb

Aİ Fələstin hökumətinə məmurların maaşlarının ödənilməsi üçün 43 milyon avro ayırıb
DÜNYA
20:22 09.08.2024
166
Avropa İttifaqı (Aİ) Fələstin hökumətinə məmurların maaşlarının ödənilməsi üçün 43 milyon avro ayırıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Aİ avqustun 8-də Fələstin Administrasiyasına İordan çayının qərb sahilindəki məmurların maaşlarını və təqaüdlərini ödəməyə kömək etmək üçün 43 milyon avro yardım ayırıb.

"43 milyon avro Avropa İttifaqı tərəfindən Fələstin idarəçiliyinə ayrılmış qısamüddətli təcili maliyyə dəstəyinin birinci mərhələsidir", - məlumatda qeyd olunub.

OXŞAR XƏBƏRLƏR