Aİ Şurasının Prezidenti Zelenskini Brüsselə dəvət edib

Aİ Şurasının Prezidenti Zelenskini Brüsselə dəvət edib
DÜNYA
12:10 27.02.2025
441
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ukrayna Prezidenti Volodimir Zelenskini Brüsselə dəvət edib.

Bu barədə o, dəvət məktubunda qeyd edib.

"Mən prezident Zelenskini son hadisələri bizimlə müzakirə etmək üçün Avropa Şurasının iclası münasibətilə Brüsselə gəlməyə dəvət etmişəm”,- o bildirib.

Qeyd edək ki, Avropa İttifaqı martın 6-da Brüsseldə Ukrayna münaqişəsi və Avropanın müdafiəsi ilə bağlı dövlət və hökumət başçılarının fövqəladə sammitini keçirəcək.

"Biz Avropanın müdafiəsinə diqqət yetirəcəyik, ardınca Ukrayna ilə bağlı müzakirələr aparacağıq. Martın 6-da keçiriləcək görüşümüzü səbirsizliklə gözləyirəm”, - Koşta vurğulayıb.
 
///Apa
OXŞAR XƏBƏRLƏR