Rəsmi ayrıldınız?
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, bu sualla proqramında Zaur Kamal ərindən boşandığı söhbəti dolaşan müğənni Bəturə Hüseynovaya müraciət edib.
Ərindən ayrı yaşayan xanım müğənni rəsmi boşanma olmamağına rəğmən özünü "subay" adlandırıb:
"Qanuni evliliyim davam edir. Boşanmaq barədə heç söhbətimiz də olmayıb. Amma o da "bekar"dı (subay), mən də".
Qeyd edək ki, cütlüyün 24 yaşında Atilla adlı oğlanları var. O, Türkiyədə atasının yanında təhsilini davam etdirir.