"Övladım belə səs vermək üçün can atır".
Emlira Ələkbərzadə seçkilərlə bağlı düşüncələrini AZXEBER.COM-a açıqlayıb:
"Mən çox sevincli və həyəcanlıyam. Çünki çox tarixi bir gün olacaq. Hətta övladım belə səs vermək üçün can atır. Başa salmışam ki, sənin üçün hələ tezdir. Buna çox sevinirəm. Bütün xalqımı 7 fevralda səsverməyə gəlməyə və namizədinə səs verməyə çağırıram. Biz özümüz də ailəliklə sevə-sevə gedib səsimizi verəcəyik”.
Aysel Hacızadə