‘Ağıllı olsun, yoxsa onu çırpışdıraram’ – Əlikram Bayramov

MAQAZİN
16:15 16.12.2013
2325

“Mən Azərbaycan kişisinə yaraşan tərzdə geyinirəm”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Əlikram Bayramov söyləyib. Müğənni, stilist Samiraldonun onun haqqında səsləndirdiyi fikirlərə portalımız vasitəsi ilə cavab verib:

“ANS-ə çıxanda mənim şəkilimi göstərir ki, Azərbaycan şou-biznesində ən zövqsüz müğənni budur. Mən Azərbaycan kişisinə yaraşan tərzdə geyinirəm. Samir kimi insanların fikirləri mənə maraqlı deyil. Vallah nə Samir kimi insanlar nə də ona bənzəyənlər bizim ölkəyə lazım deyil. Mən sonuncu dəfə deyirəm ki, ağıllı olsun, yoxsa onu çırpışdıraram”

Qeyd edək ki, Samiraldo da bu gün verdiyi açıqlamada heç kimdən qorxmadığını və Əlikrama çaşmamağı məsləhət görüb:

“Dünya dərəbəylikdir bəyəm, məni döyəsən? Mənim də təpiyim və silləm var. Amma mən mədəni insanam, özümü Əlikramın səviyyəsinə sala bilmərəm. Onun mənə sözü vardısa, gəlib üzümə deyə bilərdi, ən azı telefon aça bilərdi”.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR