Kitabda soyqırım tarixşünaslığı üçün yenilik sayılacaq faktlar, məqalələr öz əksini tapıb. “Azərbaycan”, “İstiqlal”, “Hümmət” kimi mətbu orqanları ilə yanaşı, ilk dəfə olaraq adı mətbuat tariximizə daxil edilən, 1918-ci ildə Tiflisdə nəşr olunan “Qardaş qayğısı” qəzetində çap olunmuş məqalələr ərəb qrafikasından müasir əlifbaya çevrilərək oxuculara çatdırılıb. Bununla yanaşı, kitabda əslən Maştağadan olan Seyidağa Axundzadənin 1919-cu ildə “Turan” mətbəəsində çap olunmuş “Mart hadisəsi 1918...” kitabı da ilk dəfə olaraq müasir əlifbada işıq üzü görərək kitaba daxil edilib.
Martın 29-da saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzinin konfrans zalında kitabın təqdimatı keçiriləcək.