AKP rəsmisi qəzada öldü - Foto

AKP rəsmisi qəzada öldü - Foto
DÜNYA
19:25 25.03.2025
282
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Bolu əyaləti Gerede rayon təşkilatının sədri Mehmet Çonqar yol qəzasında ölüb.

"Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün saat 00:30 radələrində Bolu istiqamətində hərəkətdə olarkən onun idarə etdiyi avtomobil arxadan yük maşınına çırpılıb.

Qəzadan sonra hadisə yerinə yanğınsöndürən, təcili yardım və polis qrupları cəlb edilib. Avtomobildə sıxılmış vəziyyətdə qalan Çonqar yanğınsöndürənlər tərəfindən çıxarılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

 

 


OXŞAR XƏBƏRLƏR