1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
DÜNYA
19:52 18.10.2026
110
Rusiya müharibənin 1698-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

"Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 674 təyyarəsi, 284 helikopteri, 265 145 PUA-sı, 672 zenit-raket kompleksi, 31 279 tank və digər zirehli texnikası, 1 790 reaktiv yaylım atəş sistemi, 36 750 artilleriya və minaatanı, 74 862 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
 
///axar.az///
OXŞAR XƏBƏRLƏR