Aktauda Milli Qurtuluş Gününə həsr olunmuş konfrans və konsert keçirildi

MƏDƏNİYYƏT
12:24 13.06.2024
1151
Türk Ağsaqqalları İctimai Birliyi - TAİB-in, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun, "Azərbaycan Mərkəzi” İctimai Fondunun, "Dostluq” Etnomədəni Birliyinin təşkilatçılığı ilə Qazaxıstanın Aktau şəhərində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş "Azərbaycan-Qazaxıstan strateji əlaqələrinin inkişafında Heydər Əliyevin rolu” adlı konfrans keçirilib. Azərbaycanın Aktaudakı Baş konsulu Elçin Məmmədov tədbir iştirakçılarını salamlayaraq  Azərbaycan-Qazaxıstan arasındakı mehriban dostluq münasibətləri, iqtisadi və mədəni sahədəki əməkdaşlıqdan söhbət açıb.

AZXEBER.COM xəbər verir ki, 500-ə yaxın şəxsin iştirak etdiyi konfransda TAİB sədri, akademik Südeif İmamverdiyev çıxış edərək qeyd edib ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan Ümummilli Lider Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında müstəsna xidmətlərindən danışan Südeif İmamverdiyev vurğulayıb ki, Ümummilli Liderin prezidentliyi dövründə Azərbaycan və Qazaxıstan arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.

Konfransda digər çıxış edənlər Azərbaycan və Qazaxıstan arasındakı dostluq münasibətlərdən söhbət açıblar.

Konfransın ardından görkəmli sənətkar Aybəniz Haşımovanın və onun rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələrinin Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilib. Konsertdə vətənpərvərlik mövzusunda, eləcə də  xalq mahnıları  ifa olunub. Konsert tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
 





OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq